Ronaldu "het-trik" etdiyi oyunda zədələndi

Ronaldu "het-trik" etdiyi oyunda zədələndi
XƏBƏR 5 Mart 2011 / 02:11 1986
-  A +

İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronalu ölkə çempionatında "Malaqa"ya 7:0 hesabı ilə qalib gəldikləri oyunda zədələnib. Qol.Az-ın məlumatına görə, matçda "het-trik" etmiş Ronaldu 77-ci dəqiqədə meydançanı tərk edib.

Həmin anadək "Real Madrid" 3 dəyişiklik haqqından yararlandığı üçün qarşılaşmanı 10 futbolçu ilə başa çatdırmalı olub. Oyundan sonra Ronaldu bildirib ki, zədəsi elə də ciddi deyil. Lakin o, martın 6-da "Rasinq"lə İspaniya çempionatı matçını buraxa bilər.

Kriştianu Ronaldu bu mövsüm La Liqada 27, iştirak etdiyi bütün yarışlarda isə 37 qol vurub. Ronaldu "Barselona"lı Lionel Messi ilə birgə çempionatın bombardiridir. "Malaqa" darmadağınından sonra "Real Madrid" 26 oyundan 64 xalla ikinci pillədə qalıb. "Kral klubu" lider "Barselona"nın 7 xal gerisindədir. 

Son xəbərlər