“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov martın 8-də öz meydançalarında “Neftçi” ilə keçirəcəkləri NBC Bank Azərbaycan Kubokunun təkrar ¼ final matçında iki komanda azarkeşləri arasında insidentin olmaması üçün bəzi göstərişlər verib. Bu haqda Lent.az-a Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Mənsimov yerli azarkeşlərin “Neftçi” əleyhinə təhqiredici bannerlər qaldırmasına imkan verməməyi tapşırıb. Klub prezidenti stadiona gələn fanatların belə bannerləri özləri ilə keçirilməməsini istəyib. Bununla belə, Hacıyev bildirib ki, oyun zamanı hər hansı insidentin olacağına heç kim zəmanət verə bilməz. O, ilk oyunda “Neftçi” tərəfdarlarının “Xəzər Lənkəran”lı azarkeşlərə qarşı aqressiv münasibət göstərdiklərini söyləyib: “Tribunalardakı yerli azarkeşlər “Xəzər Lənkəran” tərəfdarlarına qarşı ana-bacı söyüşləri işlətdilər. Bizim müdaxiləmizdən sonra polislər onları çətinliklə sakitləşdirdilər. Komandamızın avtobusu daşa basılıb, azarkeşlərimizdən birinin başı, birinin ayağı, birinin isə çiyni əzilib. Amma “Neftçi” rəhbərliyi yalnız stadionda baş verənlərə cavabdehlik daşıdıqlarını bildirir. Halbuki onlar Lənkərana gələndə nəinki stadionun içərisi və çölünə, hətta onlar şəhəri tərk edənədək məsuliyyətli davranırıq”.
Eyni zamanda “Xəzər Lənkəran”ın icraçı direktoru vəzifəsində çalışan Hacıyev “Neftçi” ilə oyunda baş verənləri Azərbaycan futbolu adına rüsvayçılıq adlandırıb: “Guya obyektiv hakimliyin olduğunu deyərək, xalqı aldatmağa cəhd edirlər. Amma xalqın gözü tərəzidir. Hər şeyi yaxşı görür. Biz udsaq da, düzgün hakimlik istəyirik, uduzsaq da... Lakin Bakıda çox böyük ədalətsizliklə qarşılaşdıq. Bu qələbəmizlə Azərbaycan futbolu heç nə qazanmadı. Anar Salmanov “Muğan”la oyunumuzda olduğu kimi, bu matçda da 90 dəqiqə boyunca qərəzli qərarlar verdi. Axı harda görünüb ki, papağı yerə çırpdığına görə baş məşqçini cəzalandırsınlar? Bəlkə FİFA və UEFA qaydalarında göstərilib, biz bilmirik? Rednik öz papağını yerə çırpır da... Yaxud “Neftçi”nin futbolçusu Flavinyonun artistliyini hamı gördü. Qapımıza heç nədən penalti təyin etdilər. Komandamızı bu yolla yıxmaq istəyirlərsə, buna nail ola bilməyəcəklər”.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk görüşündə “Xəzər Lənkəran” “Neftçi”ni 4:3 hesabı ilə məğlub edib.
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Millətlər Liqasında 3-cü tur start götürür
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı