"Xəzər Lənkəran"dan 100-cü qol

"Xəzər Lənkəran"dan 100-cü qol
XƏBƏR 4 Mart 2011 / 19:14 2228
-  A +

"Xəzər Lənkəran"ın syerra-leoneli futbolçusu Julius Vobay klubun tarixinə düşüb. Qol.Az-ın məlumatına görə, Vobay Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Neftçi”nin qapısına vurduğu qolla yubileyə səbəb olub.

Belə ki, afrikalının 45+2-ci dəqiqədə vurduğu qol komandanın Azərbaycan kuboku tarixində 100-cü qolu olub. 2004-cü ildə ölkə kubokunda debüt edən “Xəzər Lənkəran” nəticəsi ləğv olunan matçlar, həmçinin penaltilər seriyası nəzərə alınmamaqla 97 dəfə fərqlənmişdi. “Neftçi”nin qapısına 3-cü qolu vuran Vobay isə əlamətdar topun müəllifi olub.

Qeyd edək ki, 4:3 hesablı qələbə sayəsində komandamızın kubokda topladığı xalların da sayı 100-ə çatıb.
 
Mövsüm       O       Q        H       M       TOP      X
2004/05       6       2         3        1       6-5       9
2005/06       8       6         1        1       19-3     19
2006/07       9       8         0        1       24-2     24
2007/08       9       7         1        1       27-7     22
2008/09       4       2         1        1       8-3       7
2009/10       7       4         1        2       10-7     13
2010/11       2       2         0        0       7-4       6
Cəmi          45    31         7        7       101-31 100

Son xəbərlər