AFFA yeni layihəsini təqdim edib

AFFA yeni layihəsini təqdim edib
XƏBƏR 4 Mart 2011 / 18:34 1796
-  A +

Bu gündən etibarən AFFA-nın yeni – affatv.az layihəsinin tətbiqinə başlanılıb. Qol.Az-ın məlumatına görə, bu layihə sayəsində milli komandaların ölkə daxilində və xaricdə keçirilən oyunlarını, AFFA-nın təşkil etdiyi müxtəlif tədbirləri canlı izləmək mümkün olacaq.

Bundan əlavə, Azərbaycan futbolunun tarixini, 2012-ci ildə ölkəmizdə təşkil olunacaq 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatına hazırlıq işlərini əks etdirən videomateriallar affatv.az-da yerləşdiriləcək.

affatv.az-ın təqdimatı İcraiyyə Komitəsinin bugünkü iclasında keçirilib. İcraiyyə Komitəsinin üzvləri affatv.az vasitəsilə AFFA-nın XVIII növbəti Konfransında nümayəndələrin qeydiyyat prosesini canlı izləyiblər.


Son xəbərlər