Hafiz Məmmədov: "Starkovu komandamıza böyük ümidlərlə gətirmişik"

Hafiz Məmmədov: "Starkovu komandamıza böyük ümidlərlə gətirmişik"
XƏBƏR 4 Mart 2011 / 14:10 1888
-  A +

"Biz Aleksandr Starkovu komandamıza böyük ümidlərlə gətirmişik". Qol.Az-ın məlumatına görə, bu sözləri jurnalistlərə "Bakı" klubunun prezidenti Hafiz Məmmədov söyləyib.

O, komandasının "ilk altılıq"da yerini təmin etdiyini və ölkə kubokunun 1/2 finalına çıxmaq şansının olduğunu xatırladıb: "Biz latviyalı mütəxəssisin qarşısında çempionatda yüksək yerlərdən birini tutmağı və kubokda yaxşı nailiyyət qazanmağı əsas vəzifə kimi qoymuşuq" - deyə o bildirib.


Son xəbərlər