Berti Foqts "Neftçi" - "Xəzər Lənkəran" matçını izləmədi

Berti Foqts "Neftçi" - "Xəzər Lənkəran" matçını izləmədi
XƏBƏR 4 Mart 2011 / 12:13 1714
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts hazırda AFFA-nın inzibati binasında keçirilən konfransda iştirak etmək üçün Almaniyadan Bakıya gəlib. Qol.Az-ın məlumatına görə, Foqts konfransdan əvvəl jurnalistlərlə görüşüb.

Almaniyalı mütəxəsis Azərbaycan kubokunun 1/4 final mərhələsində dünən keçirilən “Neftçi” – “Xəzər Lənkəran” matçına baxmadığını bildirib: “Təəssüf ki, bu oyunu izləyə bilmədim. Çünki Azərbaycana gec gəldim. Yalnız bu gecə Bakıya çatdım”

Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" oyunu 3:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb.


Son xəbərlər