Bu gün Azərbaycan futbol ictimaiyyətinin diqqəti AFFA-ya yönələcək. Qol.Az-ın məlumatına görə, assosiasiyanın inzibati binasında iki mühüm toplantı keçiriləcək.
Saat 10:30-da İcraiyyə Komitəsinin (İK) iclası başlayacaq. Bundan bir saat sonra isə AFFA-nın növbəti Konfransı keçiriləcək ki, onun gündəliyi assosiasiyanın Nizamnaməsinə uyğun olaraq müəyyənləşib. Bunlar gözlənilən, cari məsələlərdir.
İK-nın iclasında əsas müxtəlif yaş qruplarından ibarət yığmalarımızın çalışdırıcılarının təsdiqidir. Bunlar Vəli Qasımovun 19 yaşlılardan ibarət yığmasına (U-19), Təbriz Həsənovun U-17-a, almaniyalı Nikolay Adamın U-16 və U-15-nin baş məşqçi postuna təsdiqi ilə bağlıdır.
Digər məsələlərin bölümündə nəyin müzakirənin olunacağı isə adətən açıqlanmır. Ancaq bu zaman gözlənilməz qərarların olması baş verib ki, indi əsas diqqət legioner limitinə yönəlib. Düzdür, bunun müzakirəyə çıxarılacağı bilinmir. Sadəcə, gələn mövsüm üçün legioner limiti dəyişiləcəksə, indi əsl məqamdır. Çünki İK-nın toplantısından sonra Konfrans keçiriləcək və belə qərarlar istənilən halda, orada təsdiqlənməlidir.
Növbədənkənarı nəzərə almasaq, Konfrans ildə bir dəfə keçirilir. Əgər yeni mövsüm üçün limit dəyişiləcəksə, azaldılacaqsa, klublar indidən bunu bilib, transfer siyasətlərini buna uyğun müəyyənləşdirməlidir.
AFFA-nın İcraiyyə Komitəsinin iclasının gündəliyi
1. Müxtəlif yaş qruplarından ibarət yığma komandaların məşqçilərinin təsdiqi
2. Digər məsələlər
AFFA-nın Konfransının gündəliyi
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
----
Artıq İcraiyyə Komitəsinin iclası başlayıb. İki üzvü Elşad Nəsirov və Cahangir Hacıyev olmadan başlayan yığıncağın ilk dəqiqələri media nümayəndələri üçün açıq olub. Həmin müddətdə Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” – “Xəzər Lənkəran” oyunundan bəhs olunub.
Xarici qonaqların, o cümlədən UEFA prezidenti Mişel Platinin müşavirinin qatıldığı iclasda çıxış edən AFFA prezidenti Rövnəq Abdullayev də həmin görüşdən danışıb: “Stadiona gedə bilməsəm də, matçı televiziyadan izlədim. Gözəl, baxımlı oyun alındı. Sevindiricidir ki, azarkeşlər də artıq stadionlara gəlir”.
İcraiyyə Komitəsinin yığıncağı başa çatıb. Konfrans başlayır.
***
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Nikolay Adamın U-15 və U-16, Təbriz Həsənovun U-17, Vəli Qasımovun isə U-19 Azərbaycan yığma komandasının baş məşqçisi vəzifəsinə təyinatı təsdiq olunsun.
2. Futbol veteranları Cahangir Hüseynov, Bəşir Əliyev, Rafiq Məmmədov və Rafiq Bağırova AFFA-nın təqaüdü verilsin.
3. AFFA ilə Liverpul Universiteti arasında aparılmış danışıqlara uyğun olaraq, futbol idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı Bakıda Liverpul Universitetinin seminarları təşkil olunsun. Premyer Liqada çıxış edən hər klubun ən azı 1 nümayəndəsinin həmin seminarlarda təhsil alması tövsiyə olunsun.
4. U-13 və U-14 liqalarında çıxış edən komandaların futbolçularının cəzalarının azaldılması ilə bağlı Əsasnamədə dəyişiklik edilsin.
5. AFFA-nın U-11 Liqasının yaradılmasının mümkünlüyü ilə bağlı araşdırma aparılması AFFA-nın baş katibliyinə həvalə olunsun.
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Millətlər Liqasında 3-cü tur start götürür
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı