Türkiyə Kubokunun yarımfinalçıları müəyyənləşdi

Türkiyə Kubokunun yarımfinalçıları müəyyənləşdi
XƏBƏR 4 Mart 2011 / 01:39 1820
-  A +

Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab görüşləri keçirilib. Qol.Az-ın məlumatına görə, "Beşiktaş" klubu öz meydançasında 5:0 hesabı ilə yendiyi "Qaziantep BB"ni səfərdə də məğlub edib - 3:0.

"İstanbul BB" səfərdə "Kasımpaşa" ilə əlavə vaxtda 1:1 hesablı heç-heçə edib. Görüşün əsas vaxtı ilk oyunda olduğu kimi, qolsuz başa çatıb. əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqləniblər. Lakin səfərdə vurduğu qol "İstanbul BB"ni yarımfinala çıxarıb.

3 mart

"Kasımpaşa" - "İstanbul BB" - 0:0 (əlavə vaxtda - 1:1)
Qollar:
Fernando Varela, 119-pen. - Samuel Holmen, 110
Qırmızı vərəqə: Metin Depe, 118 ("İstanbul BB")
İlk oyun - 0:0

"Qaziantep BB" - "Beşiktaş" - 0:3
Qollar:
Mert Nobre, 12. Roberto Hilbert, 75. Uqo Almeyda, 90
İlk oyun - 0:5

2 mart

"Qalatasaray" - "Qaziantepspor" - 0:0
İlk oyun - 2:3


"Bucaspor" - "Gənclərbirliyi" - 1:2
Qollar:
Ali Küçük, 13 - Ermin Zek, 45. Mile Yedinak, 62
Qırmızı vərəqələr: Onur Tuncer, 42. Erman Küraçar, 85 (hər ikisi "Bucaspor")

Yarımfinalda "Beşiktaş" "Qaziantepspor"la, Gənclərbirliyi" isə "İstanbul BB" ilə üz-üzə gələcək.

Son xəbərlər