"Qalatasaray"da şok istefa!

"Qalatasaray"da şok istefa!
XƏBƏR 4 Mart 2011 / 01:26 2540
-  A +

Türkiyənin "Qalatasaray" klubunda şok istefa reallaşıb. Qol.Az-ın məlumatına görə, klubun idman direktoru Adnan Sezgin tutduğu postla vidalaşıb.

Bu barədə "Cim-Bom"un prezidenti Adnan Polat açıqlama verib. Polat deyib ki, Sezgin istefa ərizəsini ona təqdim edib. İdman direktoru klub prezidenti, idarə heyəti və "Qalatasaray"ın zərər görməməsi üçün belə qərara gəldiyini söyləyib. Polat isə istefanı qəbul edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, bu mövsüm "Qalatasaray" qatıldığı bütün yarışlarda uğursuzluğa düçat olub. "Sarı-qırmızılar" Avropa Liqası ilə erkən, Türkiyə Kuboku ilə 1/4 finalda vidalaşıb, Superliqada isə 23 turdan sonra 32 xalla 10-cu pillədə yer alıb. Adnan Sezgin 2010-cu il noyabrın 4-də Bakıda olub. O, "Neftçi" rəhbərliyi ilə "Qalatasaray" arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

Son xəbərlər