"Mançester Siti"nin futbolçusunda dopinq tapıldı

"Mançester Siti"nin futbolçusunda dopinq tapıldı
XƏBƏR 4 Mart 2011 / 01:20 1674
-  A +

İngiltərənin "Mançester Siti" klubunun əsas müdafiəçisi Kolo Ture dopinq qəbulunda şübhəli bilinir. Qol.Az-ın məlumatına görə, "şəhərlilər"in rəhbərliyi kot divuarlı futbolçunu araşdırmaların nəticələri açıqlananadək rəsmi oyunlardan kənarlaşdırıb.

İngiltərə Futbol Federasiyası Turenin dopinq-testinin A probunun müsbət nəticə verdiyini açıqlayıb. Onu 2 ilədək diskvalifikasiya gözləyir.

Kolo Turedən əlavə, qardaşı Yaya Ture də "Mançester Siti"də çıxış edir.

Son xəbərlər