Rusiya yığması millimizi darmadağın etdi

Rusiya yığması millimizi darmadağın etdi
XƏBƏR 4 Mart 2011 / 00:06 1974
-  A +

17 yaşadək oğlanlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirib. Qol.Az-ın məlumatına görə, millimiz Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısı çərçivəsində Rusiyadan olan həmyaşıdları ilə qarşılaşıb.

Görüş şimal qonşularımızın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0. İlk yarıda komandamız qapısından cəmi 1 top buraxıb. 37-ci dəqiqədə Yeremeyev fərqlənib. Fasilədən sonra Solovyov, Şpıryov (2 dəfə və Komosov 10 dəqiqə ərzində 4 qol vurub. Matçda son nöqtəni isə sona 8 dəqiqə qalmış Qlavan qoyub. Xəbəri Rusiya mətbuatı yayıb.

Qeyd edək ki, 17 yaşlılardan ibarət yığmamıza 2010-cu il noyabrın 22-dən Təbriz Həsənov rəhbərlik edir.  

Son xəbərlər