"Anji" Mahir Şükürovu Türkiyəyə aparmadı

"Anji" Mahir Şükürovu Türkiyəyə aparmadı
XƏBƏR 3 Mart 2011 / 23:24 1896
-  A +

Bu gün Rusiyanın "Anji" klubunun məşqçilər heyəti və futbolçuları çarter reysi ilə Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına yollanıblar. Qol.Az-ın klubun rəsmi saytına istinadən xəbərinə görə, martın 11-dək davam edəcək hazırlıq prosesində 21 futbolçu iştirak edəcək.

Onların arasında Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürov yoxdur. Toplanış müddətində yoxlama matçlarının keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Mahir Şükürov mətbuata açıqlamasında zədəli olduğunu və 2 həftədən sonra formaya düşəcəyini bildirib. Lakin "Anji"nin saytında onun yox, braziliyalı yeni transfer Joao Karlosun zədələndiyi barədə məlumat yerləşdirilib. "Sambaçı" isə bir neçə gündən sonra formada olacaq və Türkiyədə komandaya qoşulacaq.  

Son xəbərlər