Arif Əsədov:"Lənkəranda bu məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq"

Arif Əsədov:"Lənkəranda bu məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq"
XƏBƏR 3 Mart 2011 / 20:43 2496
-  A +

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Neftçi" öz meydanında "Xəzər Lənkəran"a 3:4 hesabı ilə məğlub gəlib. Qol.Az-ın məlumatına görə, "Neftçi"nin baş məşqçisi Arif Əsədov oyundan sonra keçirilən mətbuat konfransında  bunları söyləyib:

"Xəzər Lənkəra"nı qələbə münasibətilə təbrik edirəm. İlk hissədə komandam zəif təsir bağışladı. Müdafiədə kobud səhvlərə yol verməyimiz bizə baha baş gəldi. Lakin 2-ci hissədə tam fərqli oyun nümayiş etdirdik. Heyətdə bəzi dəyişikliklər etdik ki, bunun da nəticəsini gördük. Hələ heç nə itirilməyib. Lənkəranda bu məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq".


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner