Respublika stadionunda 250-ə yaxın oturacaq sındırılıb

XƏBƏR 3 Mart 2011 / 20:22 2403
-  A +

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsində baş tutan "Neftçi" - "Xəzər Lənkəran" matçının gedişində xoşagəlməz hadisə yaşanıb. Qol.Az-ın məlumatına görə, oyun zamanı hər 2 klubun azarkeşləri arasında baş verən insidentdən Respublika stadionu da ziyan çəkib.

Məlumatda bildirilir ki, stadionda təxminən 250-ə yaxın oturacaq sındırılıb. Stadion rəhbərliyi isə həmin oturacaqların çoxunun "Xəzər Lənkəran"lı azarkeşlər tərəfindən yararsız hala salındığını iddia edir. Baş verən bu hadisə ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilir.

Qeyd edək ki, "Nefçi" - "Xəzər Lənkəran" oyunu 3:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
 

 

 

 

 

 

 

 

 


Son xəbərlər