Hakan Şükür:"Qalatasaray"a qayıdaram, ancaq..."

Hakan Şükür:"Qalatasaray"a qayıdaram, ancaq..."
XƏBƏR 3 Mart 2011 / 17:48 2182
-  A +

Türkiyə millisinin və "Qalatasaray" klubunun əfsanəvi futbolçusu Hakan Şükür yenidən futbola qayıda bilər. Qol.Az-ın məlumatına görə, Hakan "Qalatasaray"a qayıda biləcəyini, ancaq bunun üçün müəyyən şərtlərinin olduğunu açıqlayıb.

Təcrübəli futbolçu "Qalatasaray"a qayıtması üçün ilk növbədə Adnan Poladın yenidən prezident seçilməsi və ona güvənilməsini tələb edib. Bununla yanaşı, Hakan "yenidən "Qalatasaray" camiası üçün çalışmaqdan xüsusi bir zövq alacağını da" bildirib.

Qeyd edək ki, 40 yaşlı futbolçu daha öncə "Qalatasaray"da ona təklif edilən idman direktoru vəzifəsindən imtina etmişdi.


Son xəbərlər