Flavinyo "Xəzər Lənkəran"a qarşı oynayacaq

XƏBƏR 3 Mart 2011 / 17:23 1654
-  A +

Dünən "Neftçi" klubunun rəsmi saytı yarımmüdafiəçi Flavinyonun Azərbaycan kubokunun 1/4 final mərhələsində "Xəzər Lənkəran"a qaşı forma geyə bilməyəcəyi haqda məlumat yaymışdı. Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu "Xəzər Lənkəran"a qarşı oyunda iştirak edəcək.

Lakin futbolçunun iynə altında meydana çıxacağı bildirilir. Flavinyonun bu vəziyyətdə meydanda necə təsir bağışlayacağı isə böyük maraq doğurur.

Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" oyunu bu gün saat 18:00-da başlayacaq.


Son xəbərlər