"Barselona"nın baş məşqçisi xəstəxanalıq oldu

XƏBƏR 3 Mart 2011 / 16:30 2148
-  A +

“Barselona”nın baş məşqçisi Xosep Qvardiola İspaniya Primerosunun “Valensiya” ilə oyunundan (1:0) dərhal sonra xəstəxanaya çatdırılıb. Qol.Az-ın məlumatına görə, buna səbəb ispan mütəxəssisin belindəki ağrılarının şiddətlənməsidir. Məhz bu üzdən Qvardiola matçdan sonra təşkil olunan mətbuat konfransına qatıla bilməyib. Onun köməkçisi Tito Vilanovanın sözlərinə görə, Xosep ağrıdan özünə yer tapa bilmirdi. Baş məşqçinin müailəci haqda xəbər verilmir.


Son xəbərlər