AFFA azarkeşlərə müraciət etdi

XƏBƏR 3 Mart 2011 / 13:48 1951
-  A +

2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 29-da keçiriləcək Belçika – Azərbaycan oyununda qonaq komanda azarkeşləri üçün ayrıca sektor ayrılıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizi dəstəkləmək istəyən azarkeşlər Brüsseldəki “Rua Boduen” stadionunun 2-ci tribunasının A sektorunda əyləşə bilərlər.

Həmin sektoru Belçika Futbol Federasiyası məsləhət görüb. AFFA rəhbərliyi millimizi dəstəkləmək üçün stadiona gələcək azarkeşlərdən biletləri məhz A sektoruna almağı xahiş edir.

Qeyd edək ki, biletlərin qiyməti 15 avrodur.


Son xəbərlər