Volkan Dəmirəl:"Fənərbaxça"nı tərk etməyəcəm"

Volkan Dəmirəl:"Fənərbaxça"nı tərk etməyəcəm"
XƏBƏR 3 Mart 2011 / 12:18 1841
-  A +

Türkiyə millisinin və "Fənərbaxça" klubunun təcrübəli qapıçısı Volkan Dəmirəl "Fənərbaxça"dan ayrılmayacağını açıqlayıb. Qol.Az-ın məlumatına görə, Volkanla Avropanın bir neçə aparıcı klubu yaxından maraqlansa da, o "Fənərbaxça"da qalmağa üstünlük verib.

İngiltərədən "Everton" və "Tottenhem", Fransadan "Lion" və "Marsel", İspaniyadan "Real" (Betis) və "Malyorka", İtaliyadan "Latsio", Belçikadan isə "Standart" və "Anderlext" kimi klubların Volkanla yaxından maqraqlansına baxmayaraq, o "Fənərbaxça"nı tərk etmək istəmədiyini bildirib:
 
"Hazırda mənə rəsmi olaraq heç bir təklif gəlməyib. Sadəcə menecerlər vasitəsilə mənimlə maraqlanırlar. Təklif gəlsə belə, bu haqda düşünmürəm. Çünki "Fənərbaxça"ya ötən ildən bir borcumuz var. Son anda əldən verdiyimiz çempionluğu bu mövsüm qazanmaq istəyirik. Əvvəlcə bu borcumu yerinə yetirim, ondan sonra transfer haqda fikirləşərəm".

Qeyd edək ki, Volkan 2002-ci ildən "Fənərbaxça"nın şərəfini qoruyur.


Son xəbərlər