"Dinamo" (Kiyev) klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

"Dinamo" (Kiyev) klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı
XƏBƏR 3 Mart 2011 / 11:42 2673
-  A +

Rusiyanın “Lokomotiv” klubunun əslən azərbaycanlı futbolçusu Aleksandr Əliyev yenidən Ukraynanın “Dinamo” (Kiyev) komandasında çıxış edəcək. Qol.Az-ın “Dinamo”nun rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanılıb.

Əliyev Ukrayna çempionatının yaz mərhələsində 8 nömrəli forma ilə çıxış edəcək.

Klub prezidenti İqor Surkis bu keçidi belə şərh edib: “Baş məşqçimiz Yuri Syomin Əliyevin məhz qış transfer dövründə alınmasını çox istəyirdi. Bu səbəbdən, biz danışıqları yeniləmək üçün arqumentlər tapdıq”.

 


Son xəbərlər