"Bakı"nın 4 futbolçusu Qəbələyə aparılmadı

"Bakı"nın 4 futbolçusu Qəbələyə aparılmadı
XƏBƏR 3 Mart 2011 / 10:56 1889
-  A +

Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk qarşılaşmasında "Qəbələ"nin qonağı olacaq "Bakı" bu gün Qəbələyə yola düşüb. Qol.Az-ın məlumatına görə, zədəli və zədəsi tam sağalmayan futbolçular Stefan Borbikoni, Vaqif Cavadov, Ernad Skuliç, Aleksandr Şoliç bu səfərdən kənarda qalıblar.

"Qafqaz Resort" otelində məskunlaşan "Bakı" bu gün oyunun keçiriləcəyi şəhər stadionunda məşqə çıxıb. "Qəbələ" - "Bakı" matçının start fiti bu gün saat 14:00-da veriləcək. Cavab görüşü isə mart 8-də Bakıda keçiriləcək.

Qeyd edək ki, "Bakı" 1/8 mərhələsində "Muğan"ı (1:1, penaltilərlə 5:3), "Qəbələ" isə "Neftçi İSM"i (2:0) məğlub edərək mübarizədən kənarlaşdırıb.

 


Son xəbərlər