Naci Şensoy:"Məğlub olsaq da, şanslarımız hələ də qalır"

Naci Şensoy:"Məğlub olsaq da, şanslarımız hələ də qalır"
XƏBƏR 2 Mart 2011 / 19:27 1996
-  A +

"Rəqibimiz bizdən güclü idi. Lakin bizi çətinliklə məğlub etdi. Bəziləri əvvəlki mərhələdə "Qarabağ" üzərində qələbəni "Turan"ın gücünün göstəricisi kimi qəbul edirlər. Əslində "Qarabağ" öz səhvi ucbatından məğlub oldu. Futbolçularımız uşaq səhvləri buraxdı. İkinci qoldan qabaq topun qarşısını kəsməli idilər.

Bu gün həvəskar oyun göstərdik və məğlub olduq. Ancaq şanslarımız hələ qalır.  Mənim "Turan"a qayıdışımın əsas məqsəd Azərbaycan futboluna gənc və istedadlı futbolçular bəxş etməkdir". Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra "Turan" klubunun baş məşçqisi Naci Şensoy deyib.

Qeyd edək ki, "Turan" Azərbaycan kubokunun ilk matçında səfərdə AZAL-a 0:2 hesabı ilə məğlub olub.


Son xəbərlər