“Neftçi”də şok: Flavinyo “Xəzər Lənkəran”a qarşı oynamayacaq

XƏBƏR 2 Mart 2011 / 19:19 2642
-  A +

“Neftçi” klubu martın 3-də “Xəzər Lənkəran”la keçirəcəyi NBC Bank Azərbaycan Kubokunun ilk ¼ final matçı öncəsi ciddi itki ilə üzləşib.

Klubdan Lent.az-a verilən məlumata görə, flaqman aparıcı futbolçusu Flavinyonun xidmətlərindən məhrum olub.

Braziliyalı yarımmüdafiəçi zədə üzündən vacib qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” matçı saat 18:00-da başlanacaq.


Son xəbərlər