"Anji"nin hədəfində növbəti ulduz futbolçu

"Anji"nin hədəfində növbəti ulduz futbolçu
XƏBƏR 2 Mart 2011 / 18:35 2629
-  A +

Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun da forma geydiyi Rusiyanın "Anji" klubu növbəti 4-cü transferini həyata keçirməyi planlaşdırır. Qol.Az-ın məlumatına görə, daha öncə Roberto Karlos kimi veteran futbolçunu transfer edən "Anji" bu dəfə braziliyalı yarımmüdafiəçi Juninyo Permanbukanoya elçi düşüb.

Hazırda karyerasını Qətərin "Əl-Qarafa" klubunda davam etdirən "Lion"un keçmiş futbolçusu ilə "Anji" rəhbərliyi yaxından maraqlanır. Klub rəhbərliyi də Juninyonu transfer etməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, Rusiya kubokunda "Zenit"ə qarşı oyunda ilk rəsmi matçına çıxan Roberto Karloslu "Anji" rəqibinə 2:3 hesabı ilə məğlub olub.


Son xəbərlər