Ramin Musayev «Ədliyyə» klubuna görə Mədət Quliyevlə görüşdü

XƏBƏR 2 Mart 2011 / 13:54 2035
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev birinci dəstədə yarışan «Ədliyyə» klubunun fəaliyyətinin bərpasına nail olmaq üçün Penitensiar Xidmətin yeni rəisi Mədət Quliyevlə görüşüb.

Bu haqda Qol.Az-a R.Musayev özü məlumat verib.

Onun sözlərinə görə, «Ədliyyə»nin fəaliyyətini dayandırması əvvəlki rəhbərliklə bağlı məsələdir. «Mədət Quliyev özü idmanı sevən insandır. Amma hələlik onların komandanı saxlamaq imkanları yoxdur. Bu mənada, «Ədliyyə»nin fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələ açıq qalır» - deyə R.Musayev bildirib.


Son xəbərlər