"Neftçi" və millimizin oyunçusu futbolla vidalaşacaq

"Neftçi" və millimizin oyunçusu futbolla vidalaşacaq
XƏBƏR 2 Mart 2011 / 11:52 1937
-  A +

Sabah keçiriləcək Azərbaycan kubokunun "Neftçi"-"Xəzər Lənkəran" 1/4 final matçında vaxtilə flaqmanın və yığmamızın şərəfini qoruyan Kamal Quliyev futbolla rəsmən vidalaşacaq. Qol.Az-ın məlumatına görə, kubok görüşünün ilk oyunundan əvvəl Kamal Quliyevin futbolla vida mərasimi "Neftçi" rəhbərliyinin təşəbbüsü ilə təşkil olunacaq.

"Neftçi"nin formasında Tofiq Bəhramov adına Respublika stadionunun meydançasına daxil olacaq futbolçuya xatirə hədiyyələri təqdim ediləcək. "Neftçi"-"Xəzər Lənkəran" qarşılaşmasından öncə topa ilk zərbəni məhz Kamal Quliyev vuracaq.
 
Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" oyunu sabah saat 18:00-da başlayacaq.


Son xəbərlər