Baş məşqçilər dalaşdı: Hacıyev rəqibinə dirsək zərbəsi endirdi

Baş məşqçilər dalaşdı: Hacıyev rəqibinə dirsək zərbəsi endirdi
XƏBƏR 1 Mart 2011 / 23:43 2456
-  A +

Rusiya Kubokunun 1/8 finalında "Anji" və "Zenit" komandaları arasında keçirilmiş oyunun fasiləsində qalmaqal baş verib. Qol.Az-ın "Sport-Ekspress"ə istinadən xəbərinə görə, "Anji"nin baş məşqçisi Hacı Hacıyev "Zenit"li həmkarı Luçano Spaletti ilə dalaşıb.

Hacıyev baş hakim Almir Kayumova iradlarını bildirdiyi vaxt Spaletti söhbətə qoşulmağa cəhd edib. Lakin o, həmkarından sinəsinə dirsək zərbəsi alıb. Bu zaman baş məşqçilər arasında toqquşma baş verib. Lakin onları qısa müddətdə ayırmaq mümkün olub. 

Qeyd edək ki, 3:2 hesabı ilə qalib gələn "Zenit" 1/4 finala yüksəlib.

Son xəbərlər