"Fənərbaxça" və "Qalatasaray" əvvəllər dost klublar idi"

"Fənərbaxça" və "Qalatasaray" əvvəllər dost klublar idi"
XƏBƏR 1 Mart 2011 / 19:05 2039
-  A +

"Fənərbaxça" klubunun keçmiş prezidenti Faruk İlqaz verdiyi açıqlamaları ilə diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, İlqaz əvvəllər "Fənərbaxça" və "Qalatasaray" klublarının dost komanda olduğunu bildirib:

"Mən "Fənərbaxça" prezidenti olduğum zamanlar "Qalatasaray"ın Avrokuboklardakı oyunlarında uğur qazanmasını arzulayırdım. Eyni münasibəti "Qalatasaray" tərəfindən də gözləyirdim. Lakin çox təəssüflər olsun ki, həmin mehriban münasiətdən bu gün əsər-əlamət yoxdur. Bu 2 klub sanki bir-birinə düşmən kəsilib. İstənilən halda hər 2 klub Türkiyəni təmsil edir.

Düşünürəm ki, Türkiyədə məhz 2 klub var. Biri "Fənərbaxça"dırsa, biri də "Qalatasaray"dır. "Beşiktaş"ı isə favoritlər sırasında görmürəm. Türkiyə futbolunu da məhz "Fənərbaxça" və "Qalatasaray" klubları irəliyə aparır".


Son xəbərlər