"Arsenal" bu xəbərlə sarsıldı

"Arsenal" bu xəbərlə sarsıldı
XƏBƏR 1 Mart 2011 / 16:27 2454
-  A +

İngiltərənin "Arsenal" klubu ÇL-in 1/8 final mərhələsinin cavab qarşılaşmasında "Barselona"ya qarşı keçirəcəyi oyunöncəsi ciddi itki ilə üzləşib. Qol.Az-ın məlumatına görə, gələn həftə "Noy Kamp" stadionuna gedəcək olan "Arsenal" "Barselona" ilə oyunda hollandiyalı hücumçusu Robin Van Persinin xidmətindən yararlana bilməyəcək.

Buna səbəb kimi isə Van Persinin "Birminqem"lə kubok oyununda zədələnməsi göstərilir. Klubun həkimləri də futbolçunun gələn həftəyə qədər sağalmasının və "Barselona" ilə oyunda iştirak etməsinin mümkün olmadığını bildirib.

Qeyd edək ki, "Arsenal"ın öz meydanında "Barselona"nı 2:1 hesabı ilə məğlub etdiyi oyunda ilk qolu məhz Van Persi vurmuşdu.


Son xəbərlər