"Neftçi"nin rəsmi saytı: "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcəyik"

"Neftçi"nin rəsmi saytı: "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcəyik"
XƏBƏR 1 Mart 2011 / 14:55 2134
-  A +

Türkiyənin "Qalatasaray" klubu ilə "Neftçi" arasında imzalanan ikitərəfli rəsmi müqavilə, İstanbul rəsmiləri tərəfindən təsdiqlənib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki komandanın rəsmiləri arasında aparılan danışıqlar müsbət nəticələnib.

Klublar arasında əlaqələri genişləndirmək məqsədi güdən sazişdə, bir çox vacib bəndlər yer alıb. İkitərəfli müqaviləyə əsasən, 2011/2012-ci ildə "Neftçi" ilə "Qalatasaray" yoldaşlıq görüşlərində qarşı-qarşıya gələcək. "Neftçi"nin gənc futbolçuları da bu sazişdən yararlana biləcəklər.

Belə ki, flaqmanın müxtəlif yaş qruplarında yer alan istedadlı gənc futbolçuları bundan sonra Türkiyə təmsilçisinin düşərgəsində məşq edərək, təcrübələrini artıra biləcəklər. "Neftçi"nin məşqçilər korpusunda yer alan mütəxəssislərdə "Qalatasaray"ın məşqlərini izləmək imkanı yaxalayacaqlar.

Həmçinin, İstanbul klubu ölkəmizdə  "Qalatasaray" futbol məktəbi açmağı planlaşdırır, bunun Azərbaycanda yeganə brendi "Neftçi" klubu olacaq.


Son xəbərlər