"Rubin"dən Kakaya 45 milyon avro

"Rubin"dən Kakaya 45 milyon avro
XƏBƏR 1 Mart 2011 / 13:14 2057
-  A +

Mövsüm sonunda Kakanı satmağı planlaşdıran "Real" (Madrid) klubuna artıq ilk təklif gəlib. Qol.Az-ın məlumatına görə, Rusiyanın "Rubin" klubu "Real"ın braziliyalı futbolçusuna elçi düşüb.

İspaniyanın "Marka" qəzetinin yazdığına görə, Kazan təmsiliçisi Kaka üçün 45 milyon avro ödəməyə hazırdı. Lakin "Real" rəhbərliyi isə Kaka üçün gələcək təklifləri mövsümün sonunda dəyərləndirəcəyini açıqlayıb.

Qeyd edək ki, Kaka ilə Braziliyanın "Korintias" klubu da yaxından maraqlanır.


Son xəbərlər