"Qarabağ" Rusiya klubu ilə qarşılaşacaq

"Qarabağ" Rusiya klubu ilə qarşılaşacaq
XƏBƏR 1 Mart 2011 / 13:05 1823
-  A +

Premyer Liqadakı fasilədən maksimum yararlanan Ağdamın "Qarabağ" klubu hazırlıqlarını Antalyada davam etdirir.  Qol.Az-ın məlumatına görə, dünən Bakı – İstanbul – Antalya reysiylə hərəkət edən komanda axşam saat 7 radələrində qardaş ölkəyə çatıb.

Bir qədər dincəldikdən sonra "Qarabağ" klubu Antalyada ilk məşqinə çıxıb. Daha doğrusu, dəniz kənarında bir qədər qaçdıqdan sonra trenajor zalında müəyyən terminlər həyata keçirilib.

Bu gün isə komandanın 2 məşqi nəzərdə tutulub. Səhər məşqi Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Günün 2-ci çalışması isə 18:30-da keçiriləcək.

Xəbər verdiyimiz kimi "Qarabağ" Antalyada təlim-məşq toplanışı zamanı 1 yoxlama oyunu da keçirəcək. Artıq rəqibin kimliyinə də aydınlıq gəlib. Belə ki, "Qarabağ" martın 6-da Rusiya təmsilçisi "Ska-Energiya" klubu ilə qarşılaşacaq.


Son xəbərlər