Ronaldinyo "Flamenqo"da ilk kuboku qazandı

Ronaldinyo "Flamenqo"da ilk kuboku qazandı
XƏBƏR 28 Fevral 2011 / 23:37 2595
-  A +

Braziliyalı futbolçu Ronaldinyo yeni klubu "Flamenqo"nun heyətində ilk kuboku qazanıb. Qol.Az-ın məlumatına görə, "Flamenqo" Rio-de-Janeyro ştatı çempionatının birinci mərhələsi sayılan Quanbar Kubokunu qazanıb.

Ronaldinyonun komandası finalda "Boavişta"ya qalib gəlib - 1:0. Yeganə qolu 71-ci dəqiqədə cərimə zərbəsindən Ronaldinyo vurub. Oyundan sonra 30 yaşlı yarımmüdafiəçi bildirib ki, məqsədi Braziliya millisinə qayıtmaqdır. Ümumiyyətlə, Ronaldinyo yanvardan çıxış etdiyi "Flamenqo"nun heyətində6 oyuna çıxıb və 3 qol vurub.   

Qeyd edək ki, "Flamenqo" tarixində 19-cu dəfə Quanbar Kubokuna sahib olub. Ştat çempionatının ikinci hissəsi Rio Kuboku adlanır. Quanbar və Rio kuboklarının qalibləri Rio-de-Janeyro ştatının çempionatında bir-biri ilə görüşürlər. "Flamenqo" Rio Kubokunu da qazansa, avtomatik olaraq, 26-cı dəfə ştat çempionu olacaq.


Son xəbərlər