"Qalatasaray"ın futbolçusu Rusiya klubu ilə anlaşdı

"Qalatasaray"ın futbolçusu Rusiya klubu ilə anlaşdı
XƏBƏR 28 Fevral 2011 / 19:04 2224
-  A +

Türkiyənin "Qalatasaray" klubu Zvyezdan Misimoviçlə yollarını ayırıb. Qol.Az-ın məlumatına görə, 28 yaşlı futbolçu artıq özünə yeni klub tapıb.

"Qalatasaray"a gəldiyi gündən əsas heyətdən kənar qalan Misimoviç Rusiyanın "Dinamo" (Moskva) klubu ilə anlaşıb. Futbolçunun "Dinamo" ilə 3,5 illik müqavilə imzaladığı söylənilir.

Qeyd edək ki, Misimoviçin sabah İstanbuldan ayrılıb Mokvaya gedərək yeni komandasının düşərgəsinə qatılacağı gözlənilir.


Son xəbərlər