Azərbaycan - Rusiya oyunu İspaniyada baş tutacaq

Azərbaycan - Rusiya oyunu İspaniyada baş tutacaq
XƏBƏR 28 Fevral 2011 / 18:28 2165
-  A +

Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının Rusiya ilə oynayacağı yoldaşlıq görüşünün vaxtı və yeri müəyyənləşib. Qol.Az-ın məlumatına görə, Rusiya Futbol İttifaqı martın 26-da Belarusiya, martın 29-da isə Azərbaycan millisi ilə qarşılaşacaqlarını açıqlayıb.

Rusiya yığması martın 23-də Moskvadan Malaqaya, oradan isə Marbelyeyə yollanacaq. Hər 2 yoldaşlıq görüşü də məhz Marbelyedə baş tutacaq. Rusiya millisinin baş məşqçisi Nikolay Pisarev Belarus və Azərbaycanla oyunlarda iştirak edəcək futbolçuların siyahısını martın 8-dən sonra açıqlayacaq.

Qeyd edək ki, Azərbaycan - Rusiya oyunu martın 29-u Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Son xəbərlər