Adrian Pit "Xəzər Lənkəran"da 61-ci oldu

Adrian Pit  "Xəzər Lənkəran"da 61-ci oldu
XƏBƏR 28 Fevral 2011 / 13:04 1867
-  A +

Azərbaycan Premyer Liqasının təsnifat mərhələsinin son turunda “İnter”lə oyun "Xəzər Lənkəran"ın futbolçusu Adrian Pit üçün əlamətdar olub. Qol.Az-ın məlumatına görə, rəqib qapısına yol tapan rumıniyalı “Xəzər Lənkəran”ın heyətində qol hesabını açıb.

Bu oyunadək 60 oyunçu “Xəzər Lənkəran”ın formasında rəqib qapısına yol tapmışdı. Adrian isə komandanın qol vuranları siyahısına 61-ci oyunçu kimi düşüb.
 
Qeyd edək ki, səfərdə "İnter"lə qarşılaşan "Xəzər Lənkəran" bu görüşdən 3:1 hesabı ilə qalib ayrılıb.


Son xəbərlər