«Olimpik» «Qarabağ»la bacarmadı

XƏBƏR 20 Fevral 2009 / 18:52 2755
-  A +

Premyer-liqa klublarının əvəzedici heyətləri arasında keçirilən ölkə çempioatında növbəti turun oyunları keçirilib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, öz meydanında «Qarabağ»ı qəbul edən «Olimpik» meydanı qol vurmadan tərk edib. Oyun elə başladığı kimi - 0:0 hesabı ilə başa çatıb. Bununla da çempionatın lideri olan ağdamlılar xal itkisi ilə üzləşib.
«Qəbələ» Mingəçevir stadionunda MOİK-i 2:0 hesabı ilə məğlub edib. Səfərdə «Turan»ın qonağı olan «Xəzər-Lənkəran» isə oyunun gedişində hesabda geri düşməsinə baxmayaraq, rəqibinə 3:2 hesabı ilə qalib gəlib.


 


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...