Şükürov və Tardelli eyni komandada

XƏBƏR 28 Fevral 2011 / 12:17 1980
-  A +

Mahaçqalanın «Anji» klubu Joau Karlos, Roberto Karlos i Jusilemin ardından Braziliyadan daha bir futbolçunu -  Diequ Tardellini transfer etməyə yaxındır.

Qol.Az-ın «Sport-Ekspress»ə istinadən yaydığı xəbərə görə, əgər yaxın günlərdə 25 yaşlı hücumçu maliyyə şərtlərinə razılıq versə, o zaman «Anji»ylə müqavilə bağlayacaq.

Qeyd edək ki, hazırda Braziliyanın "Atletiko" komandasında oynayan Tardelli 2009-2010-cu illərdə ölkənin A millisinin tərkibində beş oyunda meydana çıxıb.

Xatırladaq ki, «Anji» klubunda Azərbaycan millisinin futbolçusu Mahir Şükürov da çıxış edir.


Son xəbərlər