"Final mərhələsinə daha ciddi hazırlaşacağıq"

"Final mərhələsinə daha ciddi hazırlaşacağıq"
XƏBƏR 28 Fevral 2011 / 00:31 2096
-  A +

"Dünyanın ən güclü komandalarından birinə qarşı oynadıq. Böyük azarkeş dəstəyi vardı". Qol.Az-ın məlumatına görə, bunu futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində İspaniya yığması ilə oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib.

Braziliyalı mütəxəssis 3:8 hesablı nəticədən razı qalmadığını söyləyib. O, böyük hesablı məğlubiyyəti komandamızın yorğunluğu ilə əlaqələndirib: "Çoxlu səhvlərə yol verdik. Final mərhələsinə daha ciddi hazırlaşacağıq".

Son xəbərlər