İspaniya yığmasının baş məşqçisi Azərbaycanı təriflədi

İspaniya yığmasının baş məşqçisi Azərbaycanı təriflədi
XƏBƏR 28 Fevral 2011 / 00:23 2033
-  A +

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycanla oyundan sonra İspaniya yığmasının baş məşqçisi Joze Venansio Lopes fikirlərini açıqlayıb. Qol.Az-ın məlumatına görə, Lopes 8:3 hesablı qələbəyə baxmayaraq, millimizi və azarkeşləri tərifləyib. 

"Azərbaycan millisi Avropanın 4 ən güclü komandasından biridir. Mərhələ adladığına görə Azərbaycan millisini təbrik edirik. Maraqlı və gərgin oyunun şahidi olduq. Qarşılaşmanı bu sayda azarkeşin izləməsi yaxşı haldır".

Baş məşqçi təşkilatçılığa görə AFFA-ya minnətdarlığını bildirməyi də unutmayıb.

Son xəbərlər