"Arsenal" ilk kubokla vidalaşdı

"Arsenal" ilk kubokla vidalaşdı
XƏBƏR 27 Fevral 2011 / 22:51 1879
-  A +

İngiltərə Liqa Kubokunun qalibi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, finalda "Birmingem"lə "Arsenal" üz-üzə gəlib.

Görüş "Birmingem"in qələbəsi ilə başa çatıb - 2:1. London şəhərindəki "Uembli" stadionunda keçirilmiş qarşılaşmada hesabı "gəlmələr" açıb. 28-ci dəqiqədə Nikola Jigiç fərqlənib. Robin van Persi 39-cu dəqiqədə "Arsenal"ın bərabərlik qolunu vurub. Lakin 90-cı dəqiqədə Obafemi Martins qələbə topuna imza atıb.

Beləliklə, "Birmingem" 1963-cü ildən sonra ilk dəfə kubok qazanıb. "Arsenal" isə qazanmağa yaxın olduğu ilk kubokdan əlini üzüb. Baxmayaraq ki, baş məşqçi Arsen Venger komandanın qarşısına bütün kubokları qazanmaq tapşırığını qoyub. İndi "topçular" İngiltərə çempionluğu, ölkə kuboku və Çempionlar Liqasının qalibi olmağa çalışacaq.  

Son xəbərlər