Sxadadze: «Xəzər Lənkəran»a iki qol «hədiyyə» etdik»

Sxadadze: «Xəzər Lənkəran»a iki qol «hədiyyə» etdik»
XƏBƏR 27 Fevral 2011 / 18:34 2705
-  A +

«Oyunun əvəlində «Xəzər Lənkəran»a iki qol «hədiyyə» etdik. Bu, istənilən komanda üçün üstünlükdür. Komandamda çıxış edən futbolçular kifayət qədər təcrübəli olsa da, bu cür səhv buraxdılar. Biz topa daha çox nəzarət edirdik, oyunda üstün tərəf idik. Lakin qol imkanlarından istifadə edə bilmədik. Növbəti oyunlara hazırlaşacağıq, həvəsdən düşmək olmaz».

Qol.Az-ın məlumatına görə, bu sözləri «İnter»in baş məşqçisi Kaxaber Sxadadze «Xəzər Lənkəran»la oyundan sonra keçirilən mətbuat konfrasında deyib.

Xatırladaq ki, bu gün Bakıda «İnter»ə qarşı Unibank Premyer Liqasının oyununda «Xəzər Lənkəran» 3:1 hesabı ilə qalib gəlib.


Son xəbərlər