Mirça Rednik: «Hələ bizim lehimizə penalti təyin olunmayıb»

Mirça Rednik: «Hələ bizim lehimizə penalti təyin olunmayıb»
XƏBƏR 27 Fevral 2011 / 18:21 2614
-  A +

«Xəzər Lənkəran»ın baş məşqçisi Mirça Rednik bu gün «İnter» üzərində qazandıqları qələbədən məmnun qaldığını deyib.

Qol.Az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında o, praqmatik futbol nümayiş etdirdiklərini söyləyib. Rumıniyalı mütəxəssis bundan sonra çempionatın final mərhələsini düşündüklərini deyib.

«Xəzər Lənkəran»ın qapısına təyin olunan penalti epizodu ilə bağlı Rednik belə deyib: «22 tur ərzində bizim lehimizə hələ penalti təyin olunmayıb».

Xatırladaq ki, bu gün Bakıda «İnter»ə qarşı keçirilən Unibank Premyer Liqasının oyununda «Xəzər Lənkəran» 3:1 hesabı ilə qalib gəlib.


Son xəbərlər