Bəhmən Həsənov: “Simurq”un kobud səhvindən istifadə edə bildik”

XƏBƏR 27 Fevral 2011 / 17:41 1698
-  A +

“Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün göstərilən oyun xoşuma gəlmədi. Lakin meydanın və havanın əlverişsiz olduğunu da nəzərə almalıyıq. "Simurq" komandasının kobud səhvindən istifadə edib qol vurduq, qalib gəldik. Bir daha komandamı təbrik edirəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyundan sonra keçirilən mətbuat konfransında “Muğan”ın baş məqşçisi Bəhmən Həsənov deyib.

Qeyd edək ki, Unibank Premyet Liqasının bu gün keçirilən “Simurq” – “Muğan” oyunu 0:1 hesabı ilə yekunlaşıb.


Son xəbərlər