Məsut Özildən baba ocağına 150 min lirəlik yardım

Məsut Özildən baba ocağına 150 min lirəlik yardım
XƏBƏR 27 Fevral 2011 / 00:06 2253
-  A +

İspaniyanın "Real Madrid" klubunun və Almaniya milli komandasının Türkiyə əsilli futbolçusu Məsut Özil ata ocağı Zonquldağdakı Devrek qəsəbəsinin Hışıroğlu kəndinə 150 min lirəlik (təqribən 75 min manat) yardım edib. Qol.Az-ın məlumatına görə, Özil babası və nənəsinin məzarının da olduğu kənd qəbiristanlığının ətrafını qaydaya saldırıb, məsciddə insanların rahatlığı üçün şərait yaradıb.

Hazırda 250 evdən ibarət həmin kənddə Məsutun əmisi Cevdet Özil yaşayır. Ötən ilin iyununda futbolçunun atası Mustafa Özil anası Münəvvər Özilin dəfnində iştirak etmək üçün gəlib. Kənd ağsaqqalı Hasan Sarı kəndin problemlərindən danışıb. Atası Almaniyaya qayıtdıqdan sonra Məsuta bu barədə danışıb.

Öz növbəsində istedadlı oyunçu kənd məzarlığının yoluna parket daşlar döşətdirib, məscidə isə insanlar üçün yemək salonu, ibadətgah və digər xidmətlərin inşaatına başlayıb.   

Son xəbərlər