Maradona:"İspaniyada işləmək istəyirəm"

Maradona:"İspaniyada işləmək istəyirəm"
XƏBƏR 26 Fevral 2011 / 13:16 2028
-  A +

Argentina futbolunun əfsanəsi Dieqo Maradona karyerasını İspaniyada davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, Maradona İspaniya klublarından birində çalışmaq istədiyini bildirib:

"Son dünya çempionatından sonra mənə bir neçə klubdan təklif gəlmişdi. Lakin o zamanlar heç bir klubda işləmək fikrində deyildim. İndi isə vəziyyət dəyişib. Artıq yenidən özümü iş başında görmək istəyirəm. Daha çox İspaniya La Liqasında çıxış edən klublardan birində çalışmağı arzulayıram. Əgər bu klublardan hər hansı bir təklif alsam, məmnuniyyətlə qəbul edərəm".

Qeyd edək ki, 2010-cu ildə CAR-da keçirilən dünya çempionatında Argentina millisinə rəhbərlik edən Maradona mundialdakı uğursuzluqdan sonra istefa vermişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner