Türkiyə mətbuatı: “Rəşad Sadıqov “Kocaelispor”un onurğa sütunudur”

XƏBƏR 20 Fevral 2009 / 17:28 2733
-  A +

“Qalatasaray”la oyun öncəsi “Kocaelispor”un düşərgəsində qələbə əhval-rushiyyəsi hökm sürür. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, başda baş məşqçi Erhan Altın olmaqla bütün İzmit əhalisi Rəşad Sadıqovun komandasının İstanbuldan uğurlu nəticə ilə dönəcəyinə inanır. “Özgür Kocaeli” qəzeti isə oyun öncəsi matçla bağlı yaydığı informasiyada klubun aparıcı futbolçularına olan inamı vurğulayarkən Rəşadın da adını xüsusi çəkib: “Hazırkı vəziyyətdə “Qalatasaray” bizdən yaxşı vəziyyətdədir. Türkiyəni Avropada təmsil edən bir komandadır. Heyətində Baroş, Kuyel, Linkoln kimi dəyəri milyon dollarlarla ölçülən futbolçular var. Amma unutmayaq ki, “Qalatasaray” tarixinin ən acı dərslərini məhz “Kocaelispor”dan alıb.”Kocaelispor”un gənc və yenilənmiş heyəti bu uğursuz gedişə qısa zamanda “dur” deyəcək və bununla da futbol ictimaiyyəti arasında “Bu takım liqdən düşdü” deyənlərin cavabını verəcək. “Qalatasaray” matçı bunun üçün bir fürsətdir. Başda texniki heyət olmaqla, kapitan Serdardan, gənc Uğura, qolçu Tanerdən müdafiə xəttinin onurğa sütunu Rəşada və komandanın yeni silahları Akeemdən Mozoşa qədər hər kəsin bu fürsəti ən yaxşı şəkildə dəyərləndirəcəyinə inanırıq”.

Son xəbərlər
20.10.24  14:24

Neymar ağladı - Video