Aleksandr Starkov:"Əsas məqsədimiz ilk "altılığ"a düşmək idi"

Aleksandr Starkov:"Əsas məqsədimiz ilk "altılığ"a düşmək idi"
XƏBƏR 25 Fevral 2011 / 19:12 1778
-  A +

“Əsas məqsədimiz “ilk altılığa” düşmək idi. Qələbə qazana bilməsək də, heç-heçə edib buna nail olduq. Futbolçularda psixoloji gərginlik hiss olunurdu. Bir neçə qol vəziyyəti yaratdıq, lakin bunlardan lazımınca istifadə edə bilmədik. Oyunda üstün tərəf biz idik. Komandamı təbrik edirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov deyib.

Qeyd edək ki, Premyer Liqanın təsnifat mərhələsinin son turunda səfərdə AZAL-la qarşılaşan "Bakı" bu görüşdən 0:0 hesablı nəticə ilə ayrılaraq ilk "altılıq"dakı yerini rəsmiləşdirib. 


Son xəbərlər