Qurban Qurbanov:"Erkən qol oyunun taleyini həll etdi"

Qurban Qurbanov:"Erkən qol oyunun taleyini həll etdi"
XƏBƏR 25 Fevral 2011 / 17:23 1991
-  A +

"Bütün oyunlarda olduğu kimi bu gün də meydana 3 xal üçün çıxmışdıq. Oyunun əvvəlində hər şey istədiyimiz kimi oldu. Erkən qol vurmaqla oyunun taleyini həll etdik. Artıq bundan sonra "altılıq" oyunlarına start veriləcək. Burada bütün oyunlar bizim üçün gərgin keçəcək. Hakim haqda isə danışmaq istəmirəm. Klub olaraq hər kəs Azərbaycan futbolunun inkişaf etməsini istəyir. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan futbolu daha da irəli gedəcək". Qol.Az-ın məlumatına görə, bu sözləri "Turan"la oyundan sonra "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Qeyd edək ki. Premyer Liqanın təsnifat mərhələsinin son turunda "Qarabağ" öz meydanında "Turan"ı 5:1 hesabı ilə məğlub edərək ardıcıl 7-ci qələbəsini qazanıb.


Son xəbərlər