«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov «Olimpik»lə oyun ərəfəsində Qol.Az saytına müsahibə verib
- Sabah iddialılar arasında yer alan «Olimpik»lə qarşılaşacaqsınız. Bu oyun haqda fikirləriniz bilmək istərdik.
- Həqiqətən də sabahkı rəqibimiz çox güclü komandadır. Bizim kimi onlar da medallar uğrunda mübarizə aparırlar. Fikrimcə, sabahkı oyunda «Olimpik»ə qələbə çox vacibdir. Çünki bizdən fərqli olaraq, onlar ikinci dövrəyə məğlubiyyətlə başlayıblar. Buna görə də indidən hər iki komandanın meydana 3 xal üçün çıxacağını demək olar. Biz çalışacağıq ki, maksimum nəticə qazanaraq, iddiamızı davam etdirək.
- Heyətlə bağlı hər hansı bir probleminiz var?
- Sevindirici haldır ki, bu baxımdan çətinliklə üzləşməmişik. Düzdür, zədəli oyunçularımız var. Ayxan Abbasov demək olar ki, özünə gəlib. Hazırda onun vəziyyəti normaldır. Komanda ilə birgə məşqlərə qatılır. O cümlədən də Azər Məmmədov. Azər də bir müddətdir ki, komanda ilə məşqlərə başlayıb.
- Demək olar ki, «Qarabağ» «Olimpik»lə oyuna tam hazırdır?
- Bəli. Səbirsizliklə oyunun başlama saatını gözləyirik.
- Ardıcıl uğurlu oyunlardan sonra komanda da arxayınçılıq yaranmayıb ki?
- Yox. Komandamızın üzvlərinin hər biri peşəkardırlar. Onlar çempionatın, ümumiyyətlə, hər bir oyunun mahiyyətini çox gözəl başa düşürlər. Bilirlər ki, hər oyunun öz önəmi var.
- Yeni futbolçuların komandaya uyğunlaşmasında problem var?
- İnşallah, zamanla hər şey qaydasına düşür. Onlar artıq komandada ilk rəsmi oyunlarını keçiriblər. Buna görə də düşünmürəm ki, hansısa problem qala.
- «Olimpik»lə oyunda meydana çıxacaq start heyətini artıq müəyyənləşdirmisiniz?
- Yox. Düzdür, ilk dəqiqələrdən meydana çıxacaq oyunçuların demək olar ki, əksərinin kimliyini dəqiqləşdirmişəm. Amma tam olaraq, heyəti sizə deyə bilmərəm.
- Kubok oyunlarının vaxtı dəyişdirliyindən təqvimdə müəyyən qədər sıxlıq yaranıb.
- Düzdür, «Olimpik»lə oyundan 4 gün sonra yenidən meydana çıxmalıyıq. Özü də «Neftçi» kimi komandaya qarşı. Amma bütün komandaların vəziyyəti eynidir. Yəni bizim kimi, «Neftçi»nin də oyuna hazırlaşmağa cəmi 3 gün vaxtı olacaq. Amma bütün bunlardan çəkinmirik. Antalayada yaxşı hazırlıq keçmişik. Buna görə də futbolçuların təqvimdəki sıxlığa dözəcəyinə əminəm.
- ¼ finaldakı rəqibiniz «Neftçi»dir. Rəqib barədə hansı fikirdəsininiz?
- «Neftçi» güclü komandadır. Düzdür, ilk dövrədə müəyyən səbəblərə görə, komanda istədiyi kimi çıxış edə bilmədi. Amma fasilələrarası dövrdə «Neftçi» xeyli güclənib. Komandanın heyətinə yaxşı oyunçular cəlb olunub. Buna görə də bizi qarşıda «Neftçi» ilə gərgin 2 oyun gözlədiyini indidən söyləmək olar.
- Çempionatda heç bir iddiası qalmayan «Neftçi»nin bütün gücünü kuboka qoyacağı hamıya məlumdur. Bu amil sizi qorxutmur ki?
- Yox, niyə qorxmalıyıq?! Onu da deyim ki, kubok oyunları ilə çempionat oyunları tam fərqlidir. Kubok da qalibi hətta əlavə vaxt və ya oyunsonrası penaltilər də müəyyənləşdirə bilər. Kubokda mübarizəni davam etdirən komandaların hər biri yarışın qalibi olmaq istəyir. Amma sonda qalib 1 komanda olacaq. Təbii ki, digər klublar kim biz də kuboka iddialıyıq.
- Sonda bir məsələyə münasibətinizi bilmək istərdik. Köməkçiniz Mehmet Ak bizimlə söhbətində bildirmişdi ki, «Qarabağ»la Türkiyənin məşhur «Qalatasaray» klubu arasında əməkdaşlıq barədə saziş imzalana bilər. Həqiqətənmi «Qalatasaray»ın hansısa futbolçusunu sizin sərəncamınızda görə bilərik?
- Hər bir şey mümkündür. Təbii ki, biz də istərdik ki, Azərbaycan çempionatında daha səviyyəli, daha güclü legioner oyunçular çıxış etsinlər. Ümumiyyətlə, Avropanın tanınmış klubları ilə əməkdaşlıq etmək hər bir klubun arzusudur. Digər tərəfdən də Türkiyə bizə həm dil, həm də dini baxımdan çox yaxındır. Buna görə də «Qalatasaray»la əməkdaşlıq etmək bizim üçün çox yaxşı olardı. Əminliklə deyə bilərəm ki, bu mövsüm də olmasa, gələn mövsümdən 100 faiz «Qalatasaray»la əməkdaşlıq edəcəyik.
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
PSJ "Mançester Siti"yə, "Fənərbaxça" "Aston Villa"ya qarşı
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazandı
Azərbaycan UEFA reytinqində irəlilədi
"Qalatasaray" - "Barselona" matçında vurulan qollar - Video
İlk ev oyunu, ilk qələbə - Video
"Sabah" ÇL-də neçəncidir?
"Qalatasaray" "Barselona"ya uduzdu, "Atletiko"dan qələbə
“Söz verirəm ki, daha yaxşı oynayacağıq” - Dambrauskas
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər